Gürcüstan XİN rəhbəri Azərbaycanı təbrik etdi

18 Oktyabr 2020 13:57 (UTC+04:00)

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

AzNews.az xəbər verir ki, bu barədə o, öz tvitter hesabında Azərbaycan XİN başçısı Ceyhun Bayramovun səhifəsini işarələyərək paylaşım edib.

“Müstəqilliyinin 29-cu ildönümü münasibətilə Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, strateji tərəfdaşımızla olan nümunəvi əlaqələrimiz daha da dərinləşəcək və regionumuzun sülh, stabillik və inkişafına töhfə verəcək”.