Bakıda tanınmış doğum evi bağlandı

5 İyun 2013 15:12 (UTC+04:00)
AzNews.az milli.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yerləşən 6 saylı doğum evinin fəaliyyəti dayandırılıb.

Respublikanın baş pediatrı Nəsib Quliyev açıqlamasında doğum evinin bağlanması xəbərini təsdiqləyib. Baş pediatrın sözlərinə görə, dövlət tərəfindən xəstəxananın əsaslı təmiri üçün vəsait ayrılıb. Buna görə də doğum evi tam şəkildə təmirə bağlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfiyyə Məmmədova da açıqlamasında bunu təsdiqləyib. O, bildirib ki, doğum evi təmirə dayandırılıb. "Doğum evinə qəbul dayandırılıb. Xəstəxanada olanlar profillərinə uyğun olaraq başqa səhiyyə müəssisələrinə köçürülüblər".

Nazirlik rəsmisi qeyd edib ki, doğum evi əsaslı təmir olunacaq.

AzNews.az