Şimali Kiprin yeni prezidenti məlum oldu

18 Oktyabr 2020 23:05 (UTC+04:00)

Şimali Kipr Türk Respublikasında prezident seçkilərinin ikinci turunun qeyri-rəsmi nəticələri açıqlanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Milli Birlik Partiyasının namizədi Ersin Tatar 51,74% səslə prezident seçilib. Onun rəqibi Mustafa Akıncı isə səslərin 48,26%-ni toplayıb.

Seçkilərin rəsmi nəticələri bu gecə açıqlanacaq.

Xatırladaq ki, seçkilərin birinci turunda da Ersin Tatar 32,34% səslə qalib olmuşdu.