İtaliyada COVID-19-a bir gündə rekord yoluxma aşkarlandı

18 Oktyabr 2020 23:21 (UTC+04:00)

İtaliyada pandemiya ərzində ilk dəfə gün ərzində koronavirusa rekord yoluxma aşkar edilib.

AzNews.az xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, son sutkada COVID-19-a 11 mindən çox yoluxma qeydə alınıb.

Məlumata görə, Apennində vətəndaşların koronavirusa yoluxma sayının sürətli artımı davam edir. Bazar günü yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 11 705 təşkil edib. Bu, epidemiyanın bütün vaxtı ərzində ölkədə maksimal birgünlük artımdır.

Daha əvvəl birgünlük rekord göstərici 10 925 yoluxma qeydə alınıb. Cümə günü bu göstərici ilk dəfə 10 min ötüb.

İtaliya Səhiyyə Nazirliyinin məlumatına əsasən, Apennində epidemiyanın başlanğıcından COVID-19-a toplam olaraq 414 241 təsdiq edilmiş yoluxma qeydə alınıb. Hazırda virusa yoluxmuş vətəndaşların sayı 126 237 nəfər təşkil edir.