Bu günün valyuta məzənnəsi

19 Oktyabr 2020 10:15 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 19 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan AzNews.az-a verilən məlumata görə, oktyabrın 19-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9899 manat təşkil edir. 1 türk lirəsi 0.2148 manat, 1 rus rublu 0.0218, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5288 manatdır.