İran erməni PUA-sını vurdu

19 Oktyabr 2020 12:00 (UTC+04:00)

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, səhər saatlarında İranın hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisindən hərəkət edən aparatı dövlət sərhədini keçdikdən sonra zərərsizləşdirib.

Hadisə Ərdəbil əyaləti ərazisində baş verib. Həmin dronun kəşfiyyat dronu olduğu müəyyənləşdirilib.

Bu, İran tərəfindən Ermənistan PUA-sının vurulması ilə bağlı ilk hadisə olub. (Trend)

AzNews.az