Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

19 Oktyabr 2020 12:30 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən AzNews.az verilən məlumata görə, oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.