Düşmən Tərtər pambıq zavodunu vurdu

19 Oktyabr 2020 16:15 (UTC+04:00)

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu gün günorta saatlarında düşmən Tərtərin Qaraqoyunlu kəndi ərazisində yerləşən pambıq zavodunu atəşə tutub.

Nəticədə zavodda güclü yanğın başlayıb.