“Erməni əsirlər ailə üzvləri ilə əlaqə saxlayıb”

19 Oktyabr 2020 18:43 (UTC+04:00)

“Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komitəsi tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib: “Azərbaycanda olan yaralı erməni əsirlərinə Azərbaycan Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliklə və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək lazımi tibbi yardım göstərdi.

Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər”.