“Hər hansı bir üçüncü tərəfə ehtiyac görmürük”

19 Oktyabr 2020 19:07 (UTC+04:00)

“Hər hansı bir üçüncü tərəfin təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan ərazisindən keçən neft və qaz kəmərlərinin təhlükəsizliyinin qorunmasına, NATO və ya digər beynəlxalq təşkilatların cəlb olunmasının mümkünlüyü barədə suala cavab verərkən deyib.

O bildirib ki, Azərbaycan öz imkanları tərəfindən beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir: “Amma eyni zamanda da müvafiq tərəf müqabilləri ilə də, layihədə iştirak edən aparıcı şirkətlərlə də bu infrastrukturların təhlükəsizliyini gücləndirmək məsələləri ilə bağlı fikir mübadiləsi aparır. Amma hər hansı bir üçüncü tərəfin təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük”.