““Facebook“ böhranı“ BAXCP-dən necə yan keçdi?

5 İyun 2013 15:34 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, bu gün "facebook" sosial şəbəkəsində fəaliyyət göstərən qruplara böyük zərbə dəyib.

Hələlik dəqiqləşdirilməyən səbəblərdən bu sosial şəbəkədə 150 mindən çox üzvü olan qrupların hamısı qəfildən fəaliyyəti dayanıb və ardınca da silinib.

İlk öncə bağlanan qrupların hamısının müxalifətə məxsus olması bu işdə hakimiyyəti şübhəli duruma salsa da, sonradan məlum oldu ki, sosial şəbəkədə iqtidarı dəstəkləyən böyük qrupların da fəaliyyəti dayanıb.

AzNews.az-ın məlumatına görə, "facebook"dakı bu bəd dalğaya tuş gəlməyən yalnız bir böyük qrup qalıb. O da Qüdrət Həsənquliyevin sədri olduğu BAXCP-yə yaxın qrupdur. Belə ki, Q.Həsənquliyevin müavini Niyaməddin Orduxanlıya məxsus olan və 130 mindən çox üzvü olan "facebook" qrupu yaşanan bağlanma dalğasından yan keçib.

N.Orduxanlı AzNews.az-a bildirib ki, bu, ola bilsin, onun qrupunda üzvlərin sayının 150 minə çatmaması ilə bağlıdır: "Mən bu barədə dəqiq bir söz deyə bilmərəm. Bu qrupu 3 aydır yaratmışam, şükür Allaha ki, zəhmətim hədər getmədi. Üzvlərimizin sayı 132 mindir. İndi deyə bilərik ki, Azərbaycanda ən böyük qrup Niyaməddin Orduxanlıya məxsusdur"

Anar
AzNews.az