Məşhur serialdan Azərbaycana dəstək - VİDEO

21 Oktyabr 2020 04:14 (UTC+04:00)

Türkiyənin TRT1 kanalında yayımlanan “Kalk gidelim” adlı serialın bu dəfəki bölümündə Azərbaycanın haqq savaşı barədə danışılıb.

AzNews.az xəbər verir ki, Seyfəddin rolunda çıxış edən aktyor Ufuk Özkanın dediyi sözlər hər kəsi təsirləndirib.

“Cümhuriyyət asan qurulmayıb. Türk 1920-ci ildə də vətənini müdafiə etdi. İndi də vətənini müdafiə edir. Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız mübarizə aparır. 30 illik zülmə "Artıq yetər!" deyir. Qardaşlarımız savaşlarında haqlıdırlar. Bunu da bütün dünya belə oxusun, o qədər!”, - deyə aktyor bildirib.

Qeyd edək ki, aktyorun bu sözlərinin fonunda azərbaycanlı müğənni Azərinin “Çırpınırdın Qara dəniz” mahnısı səsləndirilib.

Səidə

AzNews.az