Əfqanıstanda polisə hücum, 12 nəfər öldü

20 Oktyabr 2020 23:27 (UTC+04:00)

Əfqanıstanın qərbində yerləşən Nimruz vilayətinin Kanq rayonunda bombanın partlaması nəticəsində polis rəisi Faiz Muhammad Hotak daxil olmaqla, 12 polis əməkdaşı həyatını itirib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Nimruz vilayətinin sözçüsü Bahram Hakmal Kanq rayonunda polislərə qarşı terror hücumunun qəsdən törədildiyini bildirib.

Hadisəyə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.