“Azərbaycana bu mübarizədə hər zaman dəstək verəcəyik” - Ərdoğan

20 Oktyabr 2020 23:35 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Azərbaycana dəstəyini ifadə edib.

AzNews.az xəbər verir ki, nazirlərlə keçirilən iclasdan sonra açıqlama verən Ərdoğan hər zaman Azərbaycanın apardığı mübarizəyə dəstək olacaqlarını bildirib:

"Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə bütün gücümüzlə və qəlbimizlə dəstək verdik, verəcəyik".