Birinci vitse-prezidentin köməkçisi: "Şuşa yenidən geri qayıdacaq!"

21 Oktyabr 2020 17:15 (UTC+04:00)

“Görəsən, Şuşada erməni vandalları tərəfindən Vaqifin məqbərəsindən oğurlanan çəhrayı mərmərləri harada istifadə ediblər? Terrorçu Paşinyan, onunla sarayını bəzədin?”

AzNews.az xəbər verir ki, bunu Ermənistanın işğal olunmuş ərazilərdəki mədəni abidələrə qarşı vandal münasibətinə etiraz edən I vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov "Twitter" sosial şəbəkəsində yazıb.

“Mədəni irsə əhəmiyyət verilmir. Görün, Şuşadakı unikal məqbərəyə nə oldu. Təsəvvür edin ki, bu “Big Ben” və Eyfel qülləsi üçün baş verir. Hələ də laqeyd qalacaqsınız? Coğrafiya bu qədərmi məna daşıyır?”, - deyə o bildirib.

E. Hüseynov tezliklə məqbərənin yenidən təmir ediləcəyini qeyd edib: "Şuşa yenidən geri qayıdacaq! Gözləmək uzun çəkməyəcək. Ermənistan tərəfindən vəhşicəsinə dağıdılan Molla Pənah Vaqifin məqbərəsini yenidən bərpa edəcəyik. Şübhəsiz ki, tezliklə!"

Pərvanə