"Mançester Yunayted" ciddi zərərə məruz qalıb

21 Oktyabr 2020 19:11 (UTC+04:00)

İngiltərənin "Mançester Yunayted" klubu ötən maliyyə ilində 23,2 milyon funt sterlinq zərərə məruz qalıb.

AzNews.az-ın məlumatına görə, səbəblərdən biri koronavirus pandemiyası olub.

Bunun nəticəsində "qırmızı şeytanlar" oyunların təşkilindən gəlir götürə bilməyib. Klubun vitse-prezidenti Ed Vudvord prioritetlərinin təhlükəsizliyi təmin etməklə, azarkeşləri stadionlara mümkün qədər tez qaytarmaqdan ibarət olduğunu söyləyib.

O da bildirilir ki, "Mançester Yunayted"in il ərzində gəliri 19 faiz enərək 509 milyon funt təşkil edib. Xalis borc isə 10 faiz artıb və 474,1 milyon funt olub.