Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı

21 Oktyabr 2020 22:17 (UTC+04:00)

Bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

XİN-dən AzNews.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb.