Gürcüstanda banka basqın edən silahlı şəxs polisə təslim olub

21 Oktyabr 2020 22:58 (UTC+04:00)

Zuqdididə xüsusi əməliyyat başa çatdırılıb.

AzNews.az xəbər verir ki, silahlı basqınçı əli qandallı bankın binasından çıxarılıb.

Yayılan məlumatlara əsasən, cinayətkar polisə təslim olub.

Bütün girovlar sərbəst buraxılıb.