İbrahim Kalın Paşinyanın açıqlamasına münasibət bildirdi

21 Oktyabr 2020 23:10 (UTC+04:00)

Nikol Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın şəxsi tvitter hesabında bildirib.

O qeyd edib ki, kimin müharibə istədiyi aydındır: "Bu, Türkiyə və Azərbaycanın haqlı olduğunu təsdiqlədi: Cənubi Qafqazda, Dağlıq Qarabağda sülh və sabitlik Qarabağ işğaldan azad olunduqdan sonra olacaq".