"Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir"

22 Oktyabr 2020 11:45 (UTC+04:00)

Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ taktiki raketlər atıb.

AzNews.az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

H.Hacıyev bildirib ki, günahsız mülki əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfi olub: “Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir”.