Ermənistanın PUA-sı məhv edilib

22 Oktyabr 2020 14:30 (UTC+04:00)

Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə AzNews.az Müdafiə Nazirliyindən məlumat verilib.