İƏT Ermənistanın hücumlarını pislədi

22 Oktyabr 2020 18:17 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsə rəğmən, davamlı hücum etməsini və dinc əhalini hədəfə almasını pisləyib.

AzNews.az xəbər verir ki, bu barədə İƏT-in bəyanatında qeyd olunub. Sənəddə təşkilatın Azərbaycanla həmrəyliyi, İƏT və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vurğulanıb.

“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə bəyanatda bildirilib.