Qəbələ-İsmayıllı sərhəddində zəlzələ olub

22 Oktyabr 2020 18:31 (UTC+04:00)

Bu gün Qəbələ seysmoloji stansiyasından 17 kilometr şərqdə - Qəbələ-İsmayıllı sərhədində maqnitudası 3.7 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:52-də qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.