Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qərara dəyişiklik edildi

22 Oktyabr 2020 19:43 (UTC+04:00)

Nazirlər Kabineti “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qərarlarında dəyişiklik edib.

AzNews.az-ın məlumatına görə, qərara əsasən aşağıdakı qərarlarda dəyişiklik edilərək “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilib.

- “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” 1993-cü il 8 yanvar tarixli 9 nömrəli;

- “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli;

- “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərar.