“Türkiyədəki bibər qazları Braziliya istehsalıdır ”

5 İyun 2013 18:50 (UTC+04:00)


"Kimyagər" romanı ilə tanınan yazıçı Paulo Koelyo Taksim hadisələrinə münasibət bildirib. Yazıçı "Twitter"də paylaşdığı yazıda Gezi Parkı aksiyalarında polisin istifadə etdiyi bibər qazının Braziliya istehsalı olmasına reaksiya verib.

"Twitter"də üzərində Braziliya bayrağının şəkli olan və "Made in Brazil" yazılan bibər qazı qutusunun fotoşəklini paylaşıb və bu sözləri yazıb: "Özümüzdən utanmalıyıq. Türkiyədə aksiyaçılara qarşı istifadə olunan bibər qazları Brazilya istehsalıdır". (anspress)

AzNews.az