Türkiyədə koronavirusla bağlı son vəziyyət

22 Oktyabr 2020 22:18 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 71 nəfər dünyasını dəyişib, 2102 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 9 584-ə, yoluxanların sayı isə 355 528-ə çatıb.

Koronavirusdan sağalanların sayı isə 310 27-yə yüksəlib. Hazırda ağır xəstələrin sayı 1599 nəfər təşkil edir.