Vacib ərazi və yüksəkliklər azad edilib

23 Oktyabr 2020 09:15 (UTC+04:00)

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən bildiriblər.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.