Ceyhun Bayramov Mayk Pompeo ilə görüşəcək

23 Oktyabr 2020 10:30 (UTC+04:00)

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

ABŞ Dövlət Departamentinin saytının yaydığı xəbərə görə, görüş ABŞ vaxtilə səhər 09:30-da olacaq. Görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.

Daha sonra isə Pompeo Mantsakanyanla görüşəcək.

AzNews.az