Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb

23 Oktyabr 2020 12:15 (UTC+04:00)

Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Dağlıq Qarabağ münaqişə zonasında davam edən döyüşlər zamanı ölüb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, bu barədə siyasətçinin qızı sosial şəbəkədə bildirib.

D.Matevosyan 1995-99-cu illərdə deputat olub. 2008-ci il prezident seçkilərində Levon Ter-Petrosyanın seçki kampaniyasına rəhbərlik edib. Seçkilərdən onra baş vermiş iğtişaşlarla əlaqədar 3 il müddətinə azadlıqdan məhrum edilib.