Hikmət Hacıyevdən fransalı jurnalistlə bağlı açıqlama

23 Oktyabr 2020 16:00 (UTC+04:00)

"Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyqilərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”, - o əlavə edib.