Bəzi şəhər və rayonlarda ictimai nəqliyyatın hərəkəti dayandırılır

23 Oktyabr 2020 17:50 (UTC+04:00)

Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba rayonları ilə yanaşı Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında da 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.