Həftənin ən yaxşı qolu açıqlandı

23 Oktyabr 2020 18:54 (UTC+04:00)

UEFA Çempionlar Liqasında qrup mərhələsinin birinci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

AzNews.az-ın məlumatına görə, İspaniyanın "Real Madrid" komandasının futbolçusu Luka Modriçin Ukrayna "Şaxtyor"u ilə görüşdəki dəqiq zərbəsi ilk turun ən yaxşısı seçilib.

Xorvatiyalı yarımmüdafiəçi 54-cü dəqiqədə 24 metr məsafədən baxımlı qola imza atıb.

Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 2:3 hesablı məğlubiyyəti ilə bitib.