“Ermənilərə xoş xəbər var”

5 İyun 2013 20:33 (UTC+04:00)


Bunu erməni mətbuatına müsahibəsində Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib.

Ermənilər üçün yaxşı xəbərlərinin olduğunu bildirən Baqdasaryan Ermənistanda yeni rus hərbi bazaları açıldığını deyib.

Bundan başqa Ermənistan Rusiya ilə bərabər Türkiyə və İranla sərhədləri möhkəmləndirməyi də düşünür. Bundan başqa Rusiya Ermənistanda dövlət ehtiyatlarını saxlamaq üçün də baza açmağı planlaşdırır.

Qeyd edək ki, "Eurasianet" Rusiyanın bir neçə "İsgəndər- M" raket kompleksini Ermənistandakı hərbi bazada yerləşdirdiyini bildirib. Saytın məlumaıtna görə, bu addım pisləşməkdə olan Azərbaycan-Rusiya münasibətləri fonunda atılıb.

Elnarə
AzNews.az