“Azərbaycan PUA-ları Ermənistan üzərində uçmur”

23 Oktyabr 2020 23:21 (UTC+04:00)

“Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir".

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

"Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır. Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir".