Türkiyədə koronavirusla bağlı son vəziyyət

23 Oktyabr 2020 23:43 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 74 nəfər dünyasını dəyişib, 2165 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 9658-ə, yoluxanların sayı isə 357 693-ə çatıb.

Koronavirusdan sağalanların sayı isə 311520-yə yüksəlib. Hazırda ağır xəstələrin sayı 1648 nəfər təşkil edir.

Ümumilikdə 12 milyondan çox insan test yoxlanışından keçirilib.