“Guardian”ın binası qarşısında aksiya

24 Oktyabr 2020 14:11 (UTC+04:00)

Londondakı azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, tədbirdə, aksiya iştirakçıları əllərində “Guardian, Azərbaycanı da dinlə”, “Guardian, obyektiv ol”, “Guardian, Azərbaycana da söz haqqı ver” kimi şüarlar yazılan plakatlar qaldırıblar.

Daha sonra nəşrə ünvanlanan məktub “Guardian”ın əməkdaşına təqdim edilib.

Məktubda “Guardian”da yayımlanan xəbərlərdə ermənilərin mövqeyindən çıxış edilməsi, Azərbaycana söz haqqı verilməməsi qınanılıb.

Bildirilib ki, Britaniyanın tanınmış nəşrlərindən olan “Guardian” tərəf tutmamalı, işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını atəşə tutmasına, uşaqların öldürülməsinə səssiz qalmamalıdır.