Əkrəm İmamoğlu koronavirusa yoluxdu

24 Oktyabr 2020 14:26 (UTC+04:00)

İstanbul Böyük Şəhər Bələdiyəsinin (İBB) sədri Əkrəm İmamoğlu koronavirusa yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə İBB-nin sözcüsü Murat Ongun tvitterdə məlumat verib.

“Əkrəm İmamoğlunun COVİD-19 testi pozitiv çıxıb. Xəstəxanada müalicəyə başlayan sədrin səhhəti yaxşıdır”,- deyə paylaşımda vurğulanıb.