Gürcüstanda yoluxma sayında daha bir rekord

24 Oktyabr 2020 15:23 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

AzNews.az “StopCov” portalına istinadən xəbər verir ki, son 24 saatda 1 941 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 26 min 503-ə çatıb.

Ölkədə xəstəlikdən 193 ( son sutkada 10 ) nəfər vəfat edib. 412 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 10 163-dür.