“Neftçi“ “Fənərbaxça“ya qalib gəldi

5 İyun 2013 21:34 (UTC+04:00)


Futzal üzrə Azərbaycan kuboku uğrunda yarışın cari mövsümünə yekun vurulub. ABU Arena-da keçirilmiş final oyununda "Fənərbaxça"və "Neftçi" İSM komandaları qarşılaşıb.

Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 2:2. Penalti seriyasında zərbələri daha dəqiq vuran "Neftçi" İSM 4:3 - ümumi nəticədə 6:5 - hesabı ilə qələbə qazanaraq kubokun sahibi olub.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. (anspress)

AzNews.az