Rusiya səfirliyi Gəncədə həlak olan Arturla bağlı məlumat yaydı

24 Oktyabr 2020 19:54 (UTC+04:00)

Rusiyanın Azərbaycandakı səfirliyi Gəncənin yaşayış məntəqələrinin "SCUD" tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış və bu gün vəfat etmiş Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviçlə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, səfirliyin tvitter hesabında yayılan məlumatda bildirilir:

"24 oktyabrda Gəncə şəhərindəki bir xəstəxanada 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakov, 17 oktyabrda raket hücumu nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Səfirlik mərhumun ailəsi və dostları ilə əlaqə saxlayır və onlara dərin hüznlə başsağlığı verir".