Dünyada koronavirusa yoluxanların sayında növbəti rekord

25 Oktyabr 2020 09:32 (UTC+04:00)

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 465 322 nəfər artıb.

AzNews.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında məlumat verilib.

Daha əvvəlki rekord göstərici oktyabrın 23-də qeydə alınmışdı – 445 419 yoluxma halı.

İndiyədək bütün dünyada ümumilikdə 42 055 863 nəfərdə koronavirus aşkarlanıb, 1 141 567 nəfər bu virusun qurbanı olub.