Rus deputat evində güllələnərək öldürüldü

25 Oktyabr 2020 10:08 (UTC+04:00)

Rusiyanın Leninqrad vilayətinin Vyborqski rayonunun deputatı, tanınmış iş adamı Aleksandr Petrov qətlə yetirilib.

AzNews.az-ın “BBC”nin Rusiya xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında millət vəkilinin evində baş verib.

Bildirilir ki, A. Petrov naməlum şəxs tərəfindən sinəsindən aldığı güllə yarası nəticəsində vəfat edib.

İnsidentlə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi başladılıb.

Qeyd edək ki, 61 yaşlı Aleksandr Petrov zavod, şirkət və bir sıra digər səhmdar cəmiyyətlərin, yerli müəssisələrin ortaq sahibi olub.