Rusiyada daha bir rekord göstərici

25 Oktyabr 2020 13:48 (UTC+04:00)

Rusiyada son bir gündə 16 min 710 yeni yoluxma faktı qeydə alınıb.

AzNews.az-ın xəbərinə görə, koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 229 pasiyent ölüb.

Bununla da ölkə üzrə ümumilikdə 1 milyon 513 min 877 nəfər koronavirusa yoluxub, 26 min 50 nəfər vəfat edib.

7 min 704 nəfər isə sağalaraq evə buraxılıb.