Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəf alıb

25 Oktyabr 2020 14:29 (UTC+04:00)

Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəf alıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edib.

Bildirilib ki, düşmən mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edir.