Göygöldə zəlzələ olub

25 Oktyabr 2020 23:57 (UTC+04:00)

Azərbaycanda bu gün zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 19:38-də Gəncə stansiyasından 22 km cənubda Göygöl ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.