Həmsədrlərlə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

26 Oktyabr 2020 00:45 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyanın birgə görüşü keçiriləcək.

AzNews.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında bildirilib.

Məlumata görə, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşəcəklər.

"Həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək razılaşdırılacaq qrafikə əsasən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər", - deyə bəyanatda bildirilib.