Sumqayıtda iki avtomobil yanıb

6 İyun 2013 07:25 (UTC+04:00)



AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində "KAMAZ" markalı yük avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində "DAEWOO" sərnişin avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az