İlham Əliyev hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib

26 Oktyabr 2020 16:03 (UTC+04:00)

Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.

AzNews.az-ın məlumatına görə, dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb.

Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.