"Prezidentin axırıncı çıxışı uzun illər xatırlanacaq, efirlərdən səslənəcək"

26 Oktyabr 2020 17:15 (UTC+04:00)

"Ali Baş Komandandan cəsarətli, sensasiyon və tarixi bir çıxış etdi. Açıq-aşkar hiss olunur ki, bizə qarşı beynəlxalq təzyiq ən yüksək həddə çatıb. Ermənistan və onun havadarları, erməni lobbisi bütün resurslarını işə salıblar".

AzNews.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz ölkə başçısının bugünkü çıxışa münasibət bildirən zaman deyib.

O qeyd edib ki, prezident İlham Əliyev növbəti dəfə tam çılpaqlığı ilə, möhtəşəm çıxışı ilə bütün detalları açıqlayıb:

"Bu çıxış həqitəqən də "boğaza yığılmaqdan", bizə qarşı beynəlxalq miqyaslı ədalətsizlikdən qurtulmaq üçün aparılan mübarizəmizlə bağlı xalqa ünvanlanan, eyni zamanda Azərbaycanın yeni formalaşdırdığı realıqlarla bağlı beynəlxaq ictimaiyyətə ünvanlanan bir çağırış idi.

Ali Baş Komandan cəsarətli və qətiyyətli, səmimi və xalqa ümidverici çıxışıyla bizim üçün geriyə yolun bağlı olduğunu bir daha çatdırdı. Ermənistanı var qüvvəsiylə silahlandırırlar, ölünü diriltmək istəyirlər, məğlubu qalib etmək istəyirlər. Bu, dünya üçün də bir dərsdir. Pulu-parası, resursları olmayan, borc içində olan bir işğalçı ölkə beynəlxalq güclərin dəstəyilə dünyanın ədalət tərəzisini dəyişmək istəyir.

Doğurdan da tarixi bir anları yaşayırıq. Vaxt gələcək ABŞ-Fransa-Rusiya kimi beynəlxalq güclərin qarşısında balaca bir ölkə olan Azərbaycanın Ali Baş Komandanının necə tab gətirməsini, təkbaşına vuruşmasını gələcək nəsillər qəhrəmanlıq nümunəsi kimi xatırlayacaqlar".

Osman Gündüz prezidentin xalqa müraciətində beynəlxaq güclərə mesaj verdiyini də bildirib:

"Bizə qarşı kənardan təcavüz olarsa, Türkiyənin F16-larını görəcəklər"

Ali Baş Komandan torpaqlar işğalçılardan azad olunanadək, sonuncu düşmən əsgəri qovulanadək və son mərhələyədək mübarizənin davam etdiriləcəyini bildirib. Bir sözlə, həqiqətən Ali Baş Komandanın axırıncı çıxışı uzun illər xatırlanacaq, uzun illər efirlərdən səslənəcək, gələcək nəsillərin, tarixçilər və siyasətçilərin də həmişə istinad edəcəyi, cəsarət və qətiyyət nümayiş olunan tarixi bir çıxış oldu".

Səidə

AzNews.az