“Arsenal” Arşavin barədə qərarını açıqladı

6 İyun 2013 07:40 (UTC+04:00)
Uzun müddətdir adı "Xəzər Lənkəran" və "Beşiktaş"la yanaşı hallanan Arşavin barədə yeni xəbərlər var.

"Arsenal" futbol klubu növbəti mövsümdən futbolçunu heyətində görmək istəmir. Bu barədə klubun rəsmi saytında məlumat verilib. Belə ki, "Arsenal" gələn mövsüm ərzində Arşavin, Denilson və Sebastyan Skillaçinin xidmətindən istifadə etməyəcək.

Onu da qeyd edək ki, "topçular"ın heyətində 144 matç keçirən Arşavin 31 dəfə fərqlənib.

Elvin CanTuran
AzNews.az